Rəsmi Bakı İrəvanın sülh gündəliyinə iradını bildirdi
Noy 22, 2023 11:34 Asia/Baku
Hikmət Hacıyev: Barışın kökləri Vaşinqtonda yox, regiondadır
Azərbaycan prezidentinin köməkçisi bəyan edib ki, Ermənistan barışın köklərini regionda axtarmalıdır.
Hikmət Hacıyev deyib: “Azərbaycan dəfələrlə bildirib ki, Ermənistan tərəfindən xoş niyyət göstərilərsə, sülh müqaviləsinin imzalanmasında hansısa maneə yoxdur. Ancaq Ermənistan anlamalıdır ki, barışın kökləri Vaşinqtonda yox, regiondadır”.
Onun sözlərinə görə, yaxın gələcəkdə sülhün görünüb-görünməməsi ilə bağlı bir şey demək çətindir. Üçüncü tərəfləri regiona daşımaqdansa, iki tərəf arasındakı danışıqları irəli aparmaq lazımdır. Ermənistan regionda pozitiv gündəmlə çıxış edəcəyi təqdirdə münasibətlər, təbii ki, normallaşa bilər.