Ermənilər getsələr də, onların “mədəni irsi” Azərbaycanda qorunur
https://azeri.sahartv.ir/news/azərbaycan-i405921-ermənilər_getsələr_də_onların_mədəni_irsi_azərbaycanda_qorunur
Şiə ölkəsində şərab festivalı keçirilib
(last modified 2024-06-07T05:07:56+00:00 )
Noy 27, 2023 13:45 Asia/Baku

Şiə ölkəsində şərab festivalı keçirilib

Ermənilərə məxsus ənənə Azərbaycanda təbliğ olunur, onların “mədəni iris” qorunur. Şamaxının Meysəri kəndində şərab festivalının açılış mərasimi keçirilib.

"Məlumat" İnformasiya Agentliyinin verdiyi məlumata görə, festivalda uzun illərdən sonra ilk dəfə olaraq Qarabağda, Xocavəndin Tuğ kəndində yetişdirilən “Xındoqnı” üzümündən alınan şərabın təqdimatı olub.

Beləliklə də 8 min nəfərə yaxın Şəhidin, on min nəfərdən çox qazinin, əlilin həyatı bahasına alınan torpaqlarda şəhidlərin qanı hələ qurumamış şərab və şərabçılıq təbliğ edilir, əxlaqsız turizm mərkəzləri açılır, əyləncələr təşkil edilir.

Agentlik qeyd edir ki, bütün bu rahatlığa, kefə imkan yaradan hökumət yurdundan didərgin düşən insanların öz ata-baba torpaqlarına qayıtmasına imkan yaratmır. Erməninin didərgin etdiyi azərbaycanlıların kəndi, torpağı şəhidlərin qanı bahasına geri alınsa da, o torpaqlar əsl sahibinə verilmədi. Azərbaycan oğullarının qanı-canı bahasına azad edilmiş torpaqlar Ərdoğanın inəkləri, çamışları üçün otlaq sahələrinə, yəhudi milyonçular üçün turizm mərkəzlərinə çevrildi.

Digər tərəfdən şərab festivalının məhz İslam Peyğəmbərinin (ə) əziz qızı Həzrət Fatimeyi-Zəhranın (ə) şəhadət günləri ərəfəsində keçirilməsinə gəlincə, bu onu göstərir ki, Azərbaycan hakimiyyəti bu addımı ilə ölkədə islamofobiya dalğasını davam etdirir.

Məlumat İnformasiya Agentliyi xatırladır ki, vaxtilə Gəncədə Məhərrəm ayında şərab festivalı keçirib, Aşura günü İmamzadə ziyarətgahının qapısının xalqın üzünə bağlanması yaxın tarixin qara səhifələrindəndir.