Daha bir inanclıya hökm oxunub
https://azeri.sahartv.ir/news/azərbaycan-i406265-daha_bir_inanclıya_hökm_oxunub
İlin sonu yaxınlaşınca Azərbaycan Respublikasında il ərzində həbs olunan inanclıların məhkəmə işləri sürətli olaraq yekunlaşır.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Dek 07, 2023 12:29 Asia/Baku
  • Daha bir inanclıya hökm oxunub

İlin sonu yaxınlaşınca Azərbaycan Respublikasında il ərzində həbs olunan inanclıların məhkəmə işləri sürətli olaraq yekunlaşır.

Az qala hər gün hansısa inanclıya narkotik ittihamı ilə hökm oxunaraq o, azadlıqdan məhrum edilir. Belə bir məhkəmə iclası dekabrın 6-da öz işini sona çatdırıb. Bu ilin aprel ayında saxlanılmış inanclı İlkin Süleymanova Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə hökm oxunub. İnanclı 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçilərinin məlumatına görə həbs edilən inanclıları sayı mindən artıqdır ki, onların içində ruhanilərin sayı 50 nəfərdən çoxdur.