Ədliyyə sistemi Sovet üsulundan ayrıla bilmir - AKTUAL
https://azeri.sahartv.ir/news/azərbaycan-i406501-Ədliyyə_sistemi_sovet_üsulundan_ayrıla_bilmir_aktual
Azərbaycan Respublikasında Kərimə dövləti qurmağa cəhddə şərlənən şəxslərin məhkəməsi başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 14, 2023 11:33 Asia/Baku
  • Ədliyyə sistemi Sovet üsulundan ayrıla bilmir - AKTUAL

Azərbaycan Respublikasında Kərimə dövləti qurmağa cəhddə şərlənən şəxslərin məhkəməsi başlayıb.

Meydan TV-nin məlumatına görə, dövlətə xəyanətdə, Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanan siyasi quruluşu devirməyə və dəyişdirməyə cəhddə və ya narkotik vasitə saxlamaqda təqsirləndirilən 13 nəfər inanclı məhkəmənin hazırlıq iclasında prokurorun nümayəndəsi tərəfindən irəli sürülən ittihamları dinlədikdən sonra bu ittihamların saxta və uydurma olduğunu bildiriblər.

Hakimiyyətin Azərbaycan Respublikası ilə İran arasında münasibətləri daha da pisləşdirməyə çalışarkən anti-İran təbliğatı şəraitində həbs olunan inanclılar məhkəmədə deyiblər ki, istintaq zamanı bədənlərinə elektrik cərəyanı qoşulub və prokurorluğun işgəncəçiləri müttəhimlərə qarşı nalayiq, çirkin və yersiz hərəkətlərə yol veriblər.

İranda yaşayan siyasi mühacir Rufullah Axundzadənin sifarişi əsasında İslami dəyərlərə qarşı hərəkətlərinə və təhqirlərinə görə keçmiş təhsil naziri Misir Mərdanov və Real TV-nin direktoru Mirşahin Ağayevin guya qətlinə cəhd etmək, dindarların ünvanına səslənən gülünc ittihamlar arasındadır.

Saxta ittihamnamədə iddia olunur ki, Rufullah Axundzadə və onun oğlu Əlmürsəl Axundzadə WhatsApp qrupları yaradaraq Bakıda Kərimə dövlətinin qurulması, Misir Mərdanov və Mirşahin Ağayevin öldürülməsi üçün təqsirləndirilən şəxslərə lazımi göstərişlər veriblər!! Qeyd edək ki, zərərçəkmiş şəxs qismində təqdim olunan Misir Mərdanov və Mirşahin Ağayev məhkəmə iclasına gəlməkdən imtina ediblər.

Bakı prokurorluğu Azərbaycan Respublikasını idarə edən dünyəvi sistemin bu iki məşhur adamını öldürməyə cəhd ittihamını əsaslandırmaq və sübut etmək üçün inanclıların məktəblərdə hicabın qadağan edilməsində Misir Mərdanovun roluna görə hədəf seçildiyini iddia edib. Həmçinin bildirilib ki, Mirşahin Ağayev də İmam Hüseyni (ə) və Həzrət Əbülfəzli (ə) təhqir etdiyinə görə Azərbaycan Respublikası xalqının qəzəbinə səbəb olaraq saxlanılan dindarlar tərəfindən cəzalandırılmağa və qətlə layiq görülüb!

Bakı məhkəmələrində dindarları ittiham etmək üçün bu tip gülməli hekayələr Azərbaycan Respublikasında adi bir təcrübədir və adətən sosial dairələrdə istehza ilə qarşılanır, lakin kommunist sistemindən qalan məhkəmə sistemi hələ də bu təcrübəni davam etdirir və xüsusilə İran və İslamla maraqlanan vətəndaşları narkotik saxlamaqda və dünyəvi sistemi dəyişməyə çalışmaqda ittiham edir, tənqidləri qulaqardına vurur.