Dek 19, 2023 11:33 Asia/Baku
  • ABŞ-dan riyakar münasibət

Azərbaycan Respublikasında siyasi məhbusların əksəriyyətini təşkil edən dindarların həbsinə heç bir münasibət bildirməyən ABŞ qərbyönümlü qüvvələrin həbsinə görə dərindən narahatlığını ifadə edib.

Vaşinqton Azərbaycandakı jurnalistlərin, müxalifət fəalların və hökümət tənqidçilərin son həbslərini "qəbuledilməz" adlandırdı. ABŞ insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çagırır. ABŞ Dövlət departamentin mətbuat katibi Metyu Miller brifinqində deyib.

"Son zamanlarda jurnalistlərin, vətəndaş cəmiyyətinin fəalları və müxalifət xadimlərinin tutulması tendensiyası bizi dərin narahat edir", Miller müxalifətçi Tofiq Yagublunun və digər tənqidçilərin həbsini Turan-ın sualına cavabda deyib. "Ondan çox tənqidçi yalnız son bir ayda tutuldu. Bu yolverilməzdir!" Noyabr ayından etibarən Azərbaycan hakimiyyəti, ondan çox jurnalist, hökumət tənqidçiləri saxta ittihamlarla həbs edib.

ABŞ-ın Azərbaycandakı səfirliyi də Azərbaycan hökumətini Milli Şuranın Koordinasiya Mərkəzini və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunu həbsdən azad etməyə çağırıb.

“Tofiq Yaqublunun həbsi və saxlanması bizi çox narahat edir. Biz Tofiq Yaqublunu və fundamental azadlıqlardan istifadə etdiklərinə görə həbsdə olanların hamısını azad etməyə çağırırıq”, ABŞ-ın Azərbaycandaklı səfirliyi X platformasında qeyd edib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsinə qərar verdikdən sonra qərbyönümlü qüvvələrin həbsi şiddətləndirilib.

Daima insan haqları və demokratiya mövzularından sadəcə öz bədxah niyyətləri və nəhs məqsədləri üçün faydalanmağa çalışan ABŞ başda olmaqla qərb dövlətləri, sözü gedən həbsləri qınayırlar. Onlar bu kimi reaksiyalarla ənənəvi olaraq öz hegemonçu məqsədlərini güdür və heç də demokratiya və insan haqlarını düşünmürlər. Çünki həmin şüarlardan istənilən hökumətlərə qarşı təzyiq vasitəsi kimi istifadə edən bu dırnaqarası demokratik dövlətlər, dünyanın ən qəddar və qeyri-demokratik rejimləri ilə müttəfiqlik edirlər.

ABŞ və Avropanın insan haqları və demokratiya mövzularına ikili münasibətinin nümunələrindən biri də Azərbaycan Respublikasında xüsusiylə son illərdə vüsət almış dindarların həbsinə etinasız yanaşmalarıdır. Bu isə onu deməyə əsas verir ki, demokratiya və insan haqları iddiaçıları müsəlman dindarlara qarşı repressiyalardan tam razı qalırlar. 

Teqlər