Azərbaycandakı “ədalət” sektorundakı faciəli durum
https://azeri.sahartv.ir/news/azərbaycan-i407137-azərbaycandakı_ədalət_sektorundakı_faciəli_durum
Azərbaycanın hüquq dairələrində hiddət dalğasına səbəb olan şok hadisə baş verib, Vəkil Zaur Məmmədov Bakıda faciəvi şəkildə özünü diri-diri yandırıb.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Yan 02, 2024 11:02 Asia/Baku
  • Azərbaycandakı “ədalət” sektorundakı faciəli durum

Azərbaycanın hüquq dairələrində hiddət dalğasına səbəb olan şok hadisə baş verib, Vəkil Zaur Məmmədov Bakıda faciəvi şəkildə özünü diri-diri yandırıb.

Bakıda Vəkillər Kollegiyasının inzibati binasının yanında Salyan Vəkil Bürosunun üzvü Zaur İsa oğlu Məmmədov üzərinə tezalışan maddə tökərək özünü yandırıb. O, hadisə yerində ölüb.

 

Vəkillər Kollegiyasının sədri dərhal bəyanat verərək vəkilin intihar etməsində onun təmsil etdiyi qurumun müqəssir olmadığını deyib.

Vəkillər Kollegiyası adından çıxış edən Anar Bağırov hadisədən xəbər tutan kimi dərhal Məmmədovun çalışdığı Salyan rayonunun vəkillər bürosunun rəhbərinə müraciət etdiyini bildirib. Büro direktoru Bağırova bildirib ki, son vaxtlar atmosfer gərgin idi, lakin Vəkillər Kollegiyası ilə Məmmədovlar arasında heç bir nəzərəçarpan problem olmayıb.

Bildirilir ki, Məmmədov üzərinə yandırıcı maddə töküb və Nərimanov rayonundakı Üzeyir Hacıbəyov küçəsi 100 ünvanında, Vəkillər Kollegiyasının ofis binası ilə üzbəüzdə özünü yandırıb. Vəkil hadisə yerində aldığı xəsarətlərdən ölüb.

Nərimanov rayon Prokurorluğu Məmmədovun qəti hərəkətinə səbəb olan hallara aydınlıq gətirmək məqsədilə insidentlə bağlı araşdırmaya başlayıb.

Hüquq ictimaiyyəti hələ də şokdadır və həmkarının faciəli ölümünün təsiri altındadır.

Hər bir ölkədə ədalətin qolu hesab olunan vəkilin ədalətsizliyə məruz qalaraq sözünü və səsini heç bir yerə çatdıra bilməyən adi vətəndaş kimi özünə qəsd etmək həddində çarəsiz qalması, bir daha Azərbaycan Respublikasında ədliyyə sektorunda vəziyyətin heç də ürəkaçan olmadığını göz olunə gətirib.

Hüququ tam bilən birinin hüquqa inamsızlığının əlaməti olan bu intiharın səbəbləri hər kəsi düşündürərkən Vəkil Zaur Məmmədovun ən yaxın dostunun sosial media hesabındakı paylaşımı böyük diqqət çəkib.

 

Vəkilin dostu Aşur Bədəlsoy, Zaur Məmmədovun intiharının səbəbi barədə paylaşım edib.

O, dostu ilə sonuncu dəfə cümə günü Vatsap vasitəsilə danışdığını bildirib:

"Son olaraq dost kimi deyim, haqqı üzərimdə qalmasın. Mənə Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqinə bir neçə həftə qabaq 10.000 manat pul verdiyini dedi. İşin həll olmadığını, müstəntiqin də pulu qaytarmadığını bildirdi. İşin yiyəsinin onu tutdurmaq üçün prokurorluğa şikayət edəcəyi ilə hədələdiyini qeyd etdi".

Aşur Bədəlsoyun sözlərinə görə, Zaur Məmmədov çarə tapmadığını və özünü yandıracağını deyib:

"Səhəri gün müstəntiqlə görüşəcəyini, olmasa, özünü öldürəcəyini dedi. Zarafat elədiyini düşündüm. Həll olacağını, səbirli olmağını məsləhət gördüm. O isə bir neçə başqa iş üçün də pullar verdiyini bildirdi. Bu gün səhərdən əlaqə saxlaya bilmədim. Narahat oldum... Xəbəri yayıldı...",- Vəkilin dostu Aşur Bədəlsoy paylaşıb.

Azərbaycan Respublikasında vəkillərin öz müvvəkkillərinin işləri üzrə müstəntiqlərə rüşvət verməsini və bunun ənənə halı olmasını göstərən Vəkil Zaur Məmmədovun intiharının səbəbi ilə bağlı məlumat, bir daha bu ölkədə ədliyyə sektorunda və ədalət zəminində vəziyyətin son dərəcə böhranlı olduğuna diqqət çəkir.

Qeyd edək ki, Azərbaycan Respublikasında müxtəlif ittihamlarla həbs edilən inanclı insanlar, ictimai-siyasi fəallar və jurnalistlər heç vaxt istintaqın nəticələri ilə razılaşmayıblar və məhkəmə prossesinin uydurma ittihamlar üzərində qurulduğunu bildirərək onlara qarşı çıxarılan hökmlərlə heç vaxt razılaşmayıblar bu isə hər bir məhkəmə sistemi üçün etimadsızlığın göstərici olaraq onun sağlamlığına ciddi şübhə yaradır.