Ermənistan XİN Əliyevin Naxçıvana gedən yol ilə bağlı açıqlamasına cavab verib
“Kommunikasiyalar yalnız ölkələrin suverenliyi çərçivəsində açıla bilər”
Ermənistanın Xarici işlər nazirliyi Azərbaycan prezidenti İlham Əliyevin İrəvanın Meğri vasitəsilə Azərbaycandan Naxçıvana rahat əlaqəni təmin etməli olduğu barədə bəyanatına münasibət bildirib.
Nazirliyin bəyanatında deyilir: “Azərbaycan prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində faktiki açıq mətnlə Ermənistan ərazisində ekstraterritorial dəhliz yaradılmasını tələb edərək bildirib ki, Azərbaycandan Naxçıvana yüklər və insanlar hər hansı bir yoxlanış olmadan keçməlidir, əks təqdirdə Ermənistanla sərhəd açılmayacaq. Ermənistan isə Sülh kəsişməsi layihəsi çərçivəsində erməni tərəfinin bərpa etmək və ya yaratmağı təklif etdiyi bütün iqtisadi kanalları təqdim etmişdir”.
Xatırladaq ki, Nikol Paşinyan bildirmişdi ki, Ermənistan İranın etdiyi kimi Azərbaycanı həm dəmir yolu, həm də avtomobil yolu ilə Naxçıvanla birləşdirməyə hazırdır.
Baş nazir həmçinin qeyd edib ki, Ermənistanla Azərbaycan arasında kommunikasiyalar yalnız ölkələrin suverenliyi və ərazi bütövlüyü şübhə altına alınmaması şərtilə açıla bilər.