REAL sədri:
Türklər tək millət olduğumuzu yox, iki ayrı dövlət olduğumuzu önə çəkdilər
Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov öz sosial şəbəkə hesabında AŞPA-dakı Türkiyə nümayəndə heyətini Azərbaycanı lazımınca müdafiə etməməkdə ittiham edib.
“Dünən Strasburqda baş verənlərdə Türkiyə nümayəndə heyətinin davranışı diqqəti cəlb edir. Türklər Azərbaycan mümayəndə heyətini dəstəkləmək üçün ciddi fəallıq göstərmədi: heyətin yarısı iclasa heç gəlmədi (!), gələnlərdən isə bircəsi formal nitqini quru-quru kağızdan oxuyub guya Azərbaycanın tərəfini tutdu. Ukraynalı jurnalistin yazdığına görə, heç pərdəarxası da fəallıq göstərmirdilər.
Türklər bu dəfə öz mövqeyi ilə tək millət olduğumuzu yox, iki ayrı dövlət olduğumuzu önə çəkdilər”,- İlqar Məmədov sisial mediada yazıb.
REAL-ın sədri Türkiyə nümayəndəsini açıq danışmamaq və qəliz susmaqda ittiham edib.
“Bu ondan xəbər verir ki, Türkiyə dünənki hadisəni “ümummilli” məsələ kimi qəbul etmədi. AŞPA-nı və Azərbaycanı eyni sərtliklə çıxış edib küsüşməyə vadar edən geosiyasi motorların işi haqqında Türkiyə nə bilir ki, bildiyini bu cür qəribə mövqeyi ilə bizə çatdırmaq istəyir? Kaş biraz açıq danışsaydılar. Qəliz susdular”, - İlqar Məmmədov bildirib.