Qızılcanın tələfatı Astaraya gəlib çatdı
Azərbaycan Respublikasının Astara rayonunda 6 yaşlı oğlan qızılcadan vəfat edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin verdiyi məlumata görə, Maşxan kənd sakini, 2018-ci il təvəllüdlü azyaşlı oğlan Fevralın 8-də Astarada qızılcadan vəfat edib.
Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə daxil olan çağırış əsasında təhkim olunan briqada tərəfindən çağırış ünvanında azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb”, deyə məlumatda bildirilir.
Məlumatda həmçinin xəstənin qızılcaya görə peyvənd olunmadığı deyilir.
Ötən milad ilinin axırlarından başlayaraq Azərbaycan Respublikasında uşaqlar arasında yayılan qızılca xəstəliyindən ölən uşaqların sayı 10-u keçib.
Vəfat edən uşaqlar Cəlilabad rayonunun Sabirabad kəndindən ,Lənkəran rayonunun Şirinsu qəsəbəsindən, Şəmkir və Şirvan rayonlarından, Qaradağ rayonunun Qobustan qəsəbəsindən, Şəki rayonundan və sunucusu Astara rayonundan olublar.
Qeyd edək ki, qızılca xəstəliyinin qarşısının alınması üçün uşaqlar 12-15 aylığında eləcə də 4-5 yaşında ümumiyyətlə iki dəfə peyvənd edilməlidir.
İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə uşaqların Qızılca xəstəliyinə immunitet yaratmaq üçün peyvənd edilmələri ümumölkə proqram çərçivəsində dövlətlər tərəfindən müntəzəm şəkildə həyata keçirilir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, “Azərbaycanın bəzi bölgələrində qızılca virusuna yoluxma halları qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınır”. Bu müvafiq dövlət qurumlarının səhlənkarlığındanda irəli gələ bilər ancaq deyilənlərə görə Uşaqların qızılcaya qarşı peyvənd olunmamalarında ailələr təqsirkardır. Güya bəzi valideynlər buna müqavimət göstərirlər.
Qızılca xəstəliyinin əlacı yoxdur ona görə də uşaqların peyvənd edilməsi böyük əhəmiyyətə malikdir. Peyvənd olunan uşaqlarda nadir hallarda baş veərn yoluxma halalrında isə qızdırmanı salmaq üçün “Parasetamol” (asetaminofen) və “Ibuprofen”-dən istifadə olunmalıdır. Həmçinin qızılcanın müşahidə olunduğu yerdə digər uşaqlar və şəxslər peyvənd edilməlidir.