Fev 14, 2024 11:25 Asia/Baku
  • Rəsmi Bakı Paşinyanın dediklərini “böhtan” adlandırdı

Azərbaycan XİN: “Sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməlidir”

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın “The Telegraph” qəzetinə müsahibəsində söylədiyi fikirlərə reaksiya verib.

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, İrəvan və Bakı arasında sülh müqaviləsinin arxitekturası və prinsiplərini razılaşdırıb, lakin Azərbaycan tərəfi üç dəfə müxtəlif formatlarda danışıqlardan imtina edib.

Azərbaycan Xarici İşlər Nazirliyi Paşinyanın fikirlərini növbəti dəfə böhtan xarakterli əsassız iddialar adlandıraraq bildirib: “Nikol Paşinyana yaxşı məlumdur ki, Ermənistan Praqa və Soçi görüşlərində və daha sonra Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin saxta müstəqilliyi ilə bağlı 2023-cü ilin sentyabr ayında təbrik bəyanatları verməklə yanaşı, bu günədək beynəlxalq təşkilat və məhkəmələrdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaları davam etdirməkdədir”.

Azərbaycan XİN əlavə edib: “Ermənistan tərəfi bu kimi təxribatlar və Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər və addımlar əvəzinə, sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə töhfə verməlidir”.

 

 

 

Teqlər