ABŞ Azərbaycanı cəzalandırır!
Dövlət məmurlarına qarşı sanksiya layihəsi hazırlanır
Bir qrup Amerika konqresmeni bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır.
Turan Xəbər Agentliyi Konqresdəki öz mənbələrinə istinadla bildirir ki, bu qanun layihəsində “ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulmasında fəal rol oynayan” 40-dan çox Azərbaycan məmuruna – hərbiçilərə, hakimlərə, müstəntiqlərə və yüksək vəzifəli şəxslərə qarşı sanksiyalar nəzərdə tutulur. Onların arasında Müdafiə Nazirliyi, Baş Prokurorluq, Bakı Ağır Cinayətlər Məhkəməsi, DİN, DTX, Penitensiar Xidmət, Dövlət Sərhəd Xidməti və Prezident Administrasiyasının nümayəndələri var.
Bu qanun layihəsinin qəbul edilməsi “Azərbaycanda hökumətin müxalifətə qarşı sərt repressiyaları və insan hüquqlarının pozulması ilə bağlı ciddi narahatlıqla” izah olunur.