Yeni hesabatda Azərbaycanın gerilədiyi bildirilir
https://azeri.sahartv.ir/news/azərbaycan-i410899-yeni_hesabatda_azərbaycanın_gerilədiyi_bildirilir
Sərhədsiz Reportyorlar Təşkilatı illik media azadlığı hesabatında Azərbaycan Respublikasındakı vəziyyəti tənqid edib.
(last modified 2024-05-05T03:51:47+00:00 )
May 05, 2024 07:42 Asia/Baku
  • Yeni hesabatda Azərbaycanın gerilədiyi bildirilir

Sərhədsiz Reportyorlar Təşkilatı illik media azadlığı hesabatında Azərbaycan Respublikasındakı vəziyyəti tənqid edib.

Hesabatda bildirilir ki, qiymətləndirmə 180 ölkə üzrə aparılıb. Azərbaycan Respublikası isə sıralamada 164-cü yerdədir. Bu, o deməkdir ki, ölkə ötən illə müqayisədə 13 pillə geriləyib.

Gürcüstan isə sıralamada 103-cü yerdədir. Ötən ilki göstəriciyə baxanda 26 pillə geriləyib.

Cənubi Qafqaz ölkələrindən yeganə Ermənistanın göstəricisi 6 pillə yaxşılaşıb və ölkə 43-cü yerə yüksəlib.

Hesabat müəllifləri yazırlar ki, dünyada əksər hökumətlər sosial media və internet üzərində nəzarəti gücləndirib, girişi məhdudlaşdırıb, hesabları bloklayıb, siyasətçilər media orqanlarını məhkəmə hədələrinə məruz qoyub.