Hakimiyyəti tənqid etdiyinə görə Birinci qrup əlil həbsdə saxlanıldı
https://azeri.sahartv.ir/news/azərbaycan-i411033-hakimiyyəti_tənqid_etdiyinə_görə_birinci_qrup_əlil_həbsdə_saxlanıldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi sosial şəbəkə fəalı, birinci qrup əlil Famil Xəlilovun həbsindən verilmiş şikayəti təmin etməyib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
May 10, 2024 11:06 Asia/Baku
  • Hakimiyyəti tənqid etdiyinə görə Birinci qrup əlil həbsdə saxlanıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi sosial şəbəkə fəalı, birinci qrup əlil Famil Xəlilovun həbsindən verilmiş şikayəti təmin etməyib.

Turanın məhbusun vəkili Bəhruz Bayramova istinadla verdiyi məlumata görə, məhkəmə mühafizəçiləri hərəkət etmək imkanları məhdud olan Xəlilovu çətinliklə məhkəməyə gətiriblər. 

İclasda Xəlilovun vəziyyəti pisləşib. Bununla belə, məhkəmə onu həbsdə saxlamaq barədə qərar qəbul edib.

Vəkil deyib ki, müdafiə tərəfi Xəlilovun ev dustaqlığına keçirilməsi haqqında vəsatət verəcək. Xəlilov kənar yardım olmadan keçinə bilməz. Onun həbsi və kənar şəxslərdən asılılığı fəalın vəziyyətinə mənfi təsir göstərib. 

Qeyd edək ki, əllərinin ifliç olmasına baxmayaraq, Xəlilov sosial şəbəkələrdə fəal idi və kompüterdə ayaq barmaqları ilə yazırdı. O, hakimiyyəti tənqid edir və etiraz aksiyalarında iştiraka çağırırdı. 

Xəlilov mayın 4-də saxlanılıb. Fəala qarşı ənənəvi hal almış "külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi maddəsi" ilə ittiham irəli sürülüb.