İki əsgəri ildırım vurub bir əsgər itkin düşüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i411886-İki_əsgəri_ildırım_vurub_bir_əsgər_itkin_düşüb
Azərbaycan Respublikasında iki əsgər həlak olub birisi isə itkin düşüb. Bu barədə Dövlət Sərhəd Xidməti və Müdafiə Nazirliyi məlumat veriblər.
(last modified 2024-06-10T07:47:08+00:00 )
İyun 10, 2024 11:41 Asia/Baku
  • İki əsgəri ildırım vurub bir əsgər itkin düşüb

Azərbaycan Respublikasında iki əsgər həlak olub birisi isə itkin düşüb. Bu barədə Dövlət Sərhəd Xidməti və Müdafiə Nazirliyi məlumat veriblər.

İyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Baxışlı və əsgər Əli Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat etmişlər. Bu barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti məlumat verib.

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Hüseynov iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb. Bu barədə Azərbaycan müdafiə nazirliyinin məlumatında bildirilir.
Məlumatda hərbi qulluqçunun  axtarışı ilə bağlı zəruri tədbirlərin görüldüyü deyilir.