Aİ-nin müşahidə missiyası sərhəddə atışmanı təkzib edib
Avropa İttifaqının Ermənistan sərhədlərində yerləşdirilmiş müşahidə missiyası son günlər Azərbaycan Respublikası ilə Ermənistan sərhədlərində hərhansı qeyri-adi hadisənin yaxud atışmanın baş vermədiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, "Armenpress" bildirir ki, son günlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Naxçıvan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən təkrar atəşə tutulmasına dair bəyanatları Aİ-nin Ermənistandakı müşahidə missiyası tərəfindən təkzib edilib:
“Aİ-nin Ermənistandakı müşahidə missiyası Ermənistan-Azərbaycan sərhədlərində özünün gündəlik müşahidə əməliyyatlarını davam etdirir və heç bir qeyri-adi hərəkət yaxud hadisənin şahidi olmayıb”,- Müşahidə Missiyasının bəyanatında deyilir.
Qeyd edək ki, son iki gün ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyi ayrı-ayrı bəyanatlarda Azərbaycan silahlı bölmələrinin Naxçıvan Muxtar Respublikasındakı mövqelərinin Ermənistan silhalı qüvvələri tərəfindən atəşə tutulduğunu bildirib.