İyun 19, 2024 17:29 Asia/Baku
  • Fransa ilə Ermənistan arasında silah müqaviləsi Bakıda etiraz doğurdu

MN: Bölgədə yeni müharibə ocağı yarana bilər

Azərbaycan Müdafiə Nazirliyi iyunun 18-də Fransa ilə Ermənistan arasında “Sezar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalanması haqqında məlumata münasibət bildirib.

Nazirliyin açıqlamasında deyilir ki, bu Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə törədən hərəkətdir.

Bəyanatda həmçinin, Fransa hakimiyyəti Cənubi Qafqaz regionunda "militarizasiya və geosiyasi intriqa siyasəti yürütməkdə" günahlandırılır.

Azərbaycan MN habelə hesab edir ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə, yeni müharibə ocağının yaranmasına görə məsuliyyət tam şəkildə “revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi” və Fransa hakimiyyətinin üzərinə düşür.

Qeyd edək ki, İrəvan və Paris dünən Fransanın Sezar özüyeriyən artilleriya qurğusunun tədarükünə dair müqavilə imzalayıblar.

 

Teqlər