Azər Hüseynov: Azərbaycan və İran regionun əsas oyunçularıdır
https://azeri.sahartv.ir/news/azərbaycan-i413225-azər_hüseynov_azərbaycan_və_İran_regionun_əsas_oyunçularıdır
Azərbaycanlı konfliktoloq Tehran-Bakı əlaqələrinin gələcək perspektivinə nikbin olduğunu vurğulayıb.
(last modified 2024-07-30T10:38:50+00:00 )
İyul 30, 2024 14:37 Asia/Baku
  • Azər Hüseynov: Azərbaycan və İran regionun əsas oyunçularıdır

Azərbaycanlı konfliktoloq Tehran-Bakı əlaqələrinin gələcək perspektivinə nikbin olduğunu vurğulayıb.

Yerli mediaya açıqlamasında konfliktoloq Azər Hüseynov İran prezidenti Məsud Pezeşkiaynın and içmə mərasimində Azərbaycanın iştirakının iki ölkə arasında münasibətlərə təsirləri haqqında danışarkən deyib: “Azərbaycan və İran, yəni hər iki tərəf ən üst səviyyədə yaxınlaşma kursunu bəyan edib. Mərhum Seyid İbrahim Rəisi və İlham Əliyev mühüm sənədlər imzaladılar. Pezeşkiyan da güman edirəm ki, bu kursa sadiq qalacaq. Əli Əsədovun səfəri regional əməkdaşlığın genişlənməsi üçün lazımdır”.

Onun sözlərinə görə, Azərbaycan və İran regionun əsas oyunçularıdır. Azərbaycan-Türkiyə-İran üçlüyü regional müsəlman zolağıdır.