Səfir öz cibinə işləyirmiş
https://azeri.sahartv.ir/news/azərbaycan-i415458-səfir_öz_cibinə_işləyirmiş
Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Bu barədə Globalinfo.az mötəbər mənbələrə istinadla məlumat yayıb.
(last modified 2024-10-20T09:25:59+00:00 )
Okt 20, 2024 13:25 Asia/Baku
  • Səfir öz cibinə işləyirmiş

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Bu barədə Globalinfo.az mötəbər mənbələrə istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, səfirlikdə hər il viza alverindən milyonlar vəsait mənimsənilir. Söhbət viza rüsumunun 20 dollar olduğu halda səfirliyin saxta “vasitəçi şirkət”in əli ilə vizanı 500 dollara satmasından gedir. İl ərzində təxminən 5 min viza verilir ki, bu da yekunda 2-3 milyon dollar aralığında mənimsəmə olduğunu göstərir.