AZTV göz qabağında olanları göz ardı edir
Gəlin səmimi olaq: Kim kimin daxili işlərinə qarışır? -TƏHLİL
İran-Azərbaycan əlaqələrini hikkə və təhqirlərlə pozmağa çalışan, qonşu ölkənin daxili işlərinə qarışan qüvvələrin mahiyyətini, hansı dairələrə işlədiklərini faş etmək günümüzun ən vacib məsələləri sırasındadır.
Ərdəbildə yaşanan məlum olayda Türkiyə və Azərbaycanın dövlət başçılarının ünvanına verilən söyüş dərhal rəsmi dövlət orqanları tərəfindən qınaq obyektinə çevrilsə də, bu hadisə qonşu ölkədə anti-İran qüvvələrin təxribatları üçün ciddi bir bəhanəyə çevrildi və onlar yenidən normallaşmaqda olan əlaqələrimizi baltalamağa başladılar. Hazırda isə onların təhdid dolu şərhlərinin, İranın daxili işlərinə qarımağa dair çağırışlarının ardı-arası kəsilmir.
Doğrudur Azərbaycan prezidenti hər bir dövlətin başqalarının daxili işlərinə qarışmamasını tövsiyə etdi və AZTV də daxil ayrı-ayrı KİV-lər bu fikri tirajladılar. Ancaq görəsən bu tezisə Azərbaycanın özü əməl edirmi? Axı hakimiyyətin birbaşa və ya dolayı nəzarətində olan mediaların İrana, onun dövlətçiliyinə qarşı söyüş və böhtan kampaniyasını, üstəlik İran xalqının inandığı dəyərləri təhqir etməsini göz ardı etmək mümkün deyildir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində məntiqli fikirlər söyləyərək deyib: “Əgər hər br ölkə öz daxili işləri ilə məşğul olsa, onda nə mühariə olacaq, nə də qarşıdurma! Hərə öz işləri ilə məşğul olsun və başqa ölkələrin daxili işlərinə qarışmasın!”. Bu fikir əlbəttə ki, İranın da xarici siyasətinin təməl prinsiplərindən biridir və Tehran hər zaman əlaqələrdə yaranan problemlərin diplomatik kanallarla həllinə üstünlük verib, lakin qonşu ölkənin buna sözdə deyil, əməldə riayət etməsi müşahidə olunmur və İranın daxili işlərin kobud müdaxilələrə bilərəkdən rəvac verilir. Bununla əlaqədar Sovet rejimindən qalma “Cənubi Azərbaycan” ifadəsini qadağan etmək, “Fars Molla Rejimi” kimi ədəbsiz terminləri ölknin siyasi leksikonundan çıxarmaq hakimiyyət üçün çətin işdirmi? İranın ərazi bütövlüyünü hədəf alanlara yerlərini göstərmək erməni işğalına son qoymaq əməliyyatından çətindirmi? Yox əgər amerikalı xəbis strateq Mayk Doran və ya Təl-Əviv Universitetinin məzunu Brenda Şaffer kimi şəxslər Azərbaycan Respublikası dövltinin İran siyasətini idarə edirlərsə, buna artıq sözümüz yoxdur.
Bəli, İranda milyonlarla Azərbaycan türkü yaşayır, lakin onların tarix boyu İran dövlətçiliyi uğrunda fədakarlıqları dünya mübarizə tarixində bəlkə də misilsizdir, elə yaxın tarixdə, Müqəddəs Müdafiə dövründə bunun nümunələrini görə bilərik. Bu reallıqdan xəbərdar ola-ola, kiminsə kənarda durub İran azərilərinin müqəddəs saydığı dəyərləri təhqir etməsi təbii ki, reaksiya doğurur və bu reaksiya özünü müxtəlif formalarda büruzə verir. Bu istiqamətdə, bəlkə də Ərdəbilin Əzəm Məscidində baş verən xoşa gəlmaz olaya bu rakursdan yanaşmağımız lazımdır, Vəliyyi-Fəqihin nümayəndəsi, Ayətullah Seyid Həsən Amilini şərləmək diqqətləri hər şeydən öncə əsl məsələdən yayındırmağa xidmət edir.
Bütün bunları nəzərə alaraq, rəsmi Bakının “ölkə sərhədləri içərisində” İrana qarşı təxribatların qarşısını alması İran ictimaiyyətinin, eyni ilə də bu ölkədə yaşayan milyonlarla türkün tələbidir. Top sənin meydanındadır, cənab Əliyev!