Yan 21, 2025 19:31 Asia/Baku
  • Azərbaycanın İqtisadi heyəti Tehranda

Tehranda İran və Azərbaycanın Birgə İqtisadi Komissiyasının 16-cı iclasına start verilib.

İran İslam Respublikası və Azərbaycan Respublikasının Birgə İqtisadi Komissiyasının iclası bu gündən etibarən iki gün müddətində Tehranda keçiriləcək.İclasda İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq və Azərbaycan Respublikasının baş nazirin müavini Şahin Mustafayev komisiya rəhbərləri olaraq, iştirak ediblər. Azərbaycan Respublikasından 40 nəfərlik nümayəndə heyətinin iştirakı ilə keçirilən bu iclasda müxtəlif iqtisadi məsələlər, o cümlədən; Nəqliyyat, bankçılıq, investisiya, enerji, turizm və s. ilə yanaşı mədəniyyət və kommunikasiya məsələləri ekspert komitələri şəklində müzakirə edilir.