Yan 25, 2025 16:25 Asia/Baku
  • Günahkarlar cəzasız qaldı, günahsızlar isə cəzalandırıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Seymur Həzi İmişli hadisələri zamanı günahkarların cəzasız qaldığını, günahsızların isə cəzalandırıldığını bildirib.

Partiya yetkilisi Meydan TV-yə verdiyi açıqlamada deyib ki, Azərbaycanhakimiyyəti uzun illərdir ki, bu siyasəti davam etdirir.Onun sözlərinə görə, Azərbaycanda bölgələrə, əhalinin üstünə xüsusiqoşun yeridilməsi ənənəsi Bənəniyar hadisələrindən başlayıb. Nardaran,Söyüdlü kimi hadisələrin hər biri də müxtəlif motivlidir. Məsələn, sonİmişli olayları tamam təsadüfən baş vermiş qəzadan qaynaqlanırdı.Amma bu hadisələrin heç birində hökumət günahkar məmurucəzalandırmayıb, əksinə etiraçıları cəzalandırıb.Qeyd edək ki, yanvarın 18-də İmişlidə ağır-yol nəqliyyat hadisəsi başverib. Qəzanı Dövlət Yol Polisinin avtomobili törədib və dərsdən evəgedən 3 məktəbli həlak olub.

Bunun ardınca yerli sakinlər aksiya keçirib, polis maşını sakinlərtərəfindən aşırılıb.Daha sonta sakinlər İmişli Rayon Polis İdarəsinin qarşısına yürüş ediblər.Lakin polis etiraza çıxan insanlara qarşı zorakılıq tətbiq edib, çoxlu saydainsan həbs edilib, onlara qarşı xuliqanlıq maddəsilə ittiham irəli sürülüb,barələrində İmişli Rayon Məhkəməsinin qərarı ilə ilkin istintaq dövrüüçün 3 aylıq həbs qətimkan tədbiri seçilib və müttəhimlər istintaqtəcridxanasına göndəriliblər.