Fev 13, 2025 17:00 Asia/Baku
  • Azərbaycan bütün quru sərhədlərini bağladı

2 gün öncə müqəddəs Kərbəla zəvvarlarının Naxçıvan sərhədindən Bakıya buraxılmaması haqda xəbər vermişdik.

Yerli mənbələrdən əldə etdiyimiz son məlumata görə, fevralın 9-dan etibarən Türkiyə ilə Naxçıvan arasındakı Dilucu sərhəd keçid məntəqəsi də bağlanmışdır. 

Hazırda bu keçiddən nə Azərbaycan, nə də digər ölkələrin vətəndaşları quru yolu ilə Naxçıvan ərazisinə daxil ola bilmir. Bu, Azərbaycanın yeganə piyada keçid məntəqəsinin də bağlandığını göstərir.Bununla da Azərbaycan bütün quru sərhədlərini həm öz vətəndaşlarının, həm də xaricilərin üzünə bağlamış oldu.

Əldə etdiyimiz məlumata əsasən, hazırda Naxçıvan üzərindən Bakıya gəlmək istəyən Azərbaycan vətəndaşları İstanbul hava limanına yönləndirilir və onlara oradan Bakı istiqamətində uçmaları tövsiyə olunur.