Fev 14, 2025 13:30 Asia/Baku
  • Turan İnformasiya Agentliyi fəaliyyətini dayandırıb

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırıb. Bu barədə fevralın 13-də "Turan"ın direktoru agentliyin kollektivi adından müraciətində bildirib.

Mehman Əliyev vurğulayıb ki, 30 ildən artıq bir müddətdə "Turan" müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv, etibarlı xəbərlər təqdim edib. Lakin indi qaçılmaz bir reallıqla üzləşiblər: “Daimi maliyyə çətinlikləri səbəbindən informasiya fəaliyyətimizi hazırkı formatda davam etdirmək mümkün deyil. ...bizi uzun illər təqib edən maliyyə çətinlikləri, nəhayət, agentliyin fəaliyyətini mövcud formatda dayandırmaq barədə ağır qərar qəbul etməyə məcbur etdi”, - deyə agentliyin direktoru əlavə edib.

O eyni zamanda qeyd edib ki, komandası qarşıdakı aylarda xəbər yayımı ilə yanaşı, dünyanın, regionun və Azərbaycanın proseslərini təhlil edən, əsas problemləri müəyyən edib həll yolları göstərən yeni bir format üzərində işləyəcək.

"Turan" İA 1990-cı ildə, SSRİ-nin süqutundan bir il öncə yaradılmışdı. Azərbaycan onda hələ SSRİ tərkibində müttəfiq respublikalardan biri idi.

Müxalifət nümayəndələri Turan agentliyinin öz fəaliyyətini dayandırmasını Azərbaycanda müstəqil medianın sonu kimi qiymətlədirirlər.