Tanınmış qazi həbs olundu
https://azeri.sahartv.ir/news/azərbaycan-i419548-tanınmış_qazi_həbs_olundu
"Gənc Qazilər" İctimai Birliyinin sədri, Qarabağ Vətən müharibəsinin iştirakçısı, Vətən uğrunda bir gözünü itirən qazi, II-ci dərəcəli Qarabağ əlili Hacı Vəliyev Fəxrəddin oğluna 22 günlük sanksiya tətbiq edildi, Kürdəxanı təcridxanasına göndərildi.
(last modified 2025-04-02T10:53:36+00:00 )
Apr 02, 2025 14:52 Asia/Baku
  • Tanınmış qazi həbs olundu

"Gənc Qazilər" İctimai Birliyinin sədri, Qarabağ Vətən müharibəsinin iştirakçısı, Vətən uğrunda bir gözünü itirən qazi, II-ci dərəcəli Qarabağ əlili Hacı Vəliyev Fəxrəddin oğluna 22 günlük sanksiya tətbiq edildi, Kürdəxanı təcridxanasına göndərildi.

Onun Azərbaycan Respublikası Cinayət buMəcəlləsinin 221.3-cü (xuliqanlıq - silahdan və ya digər əşyadan istifadə etməklə törədildikdə) və 186.1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə şərləndiyi bildirilir.

H.Vəliyev sosial şəbəkələrdə tənqid çıxışları ilə tanınırdı. Onun bundan əvvəl də saxlanıb, sərbəst buraxıldığı bildirilmişdi.