Sionistlər bu dəfə Washington Post üzərindən İranı şantaj etdilər
Azərbaycanda yaşayan ravvinə sui-qəsd planı deşifrə olunur
Sionist rejim kəşfiyyatının ABŞ-dakı nüfuzlu “Washington Post” qəzeti vasitəsilə İran İslam Respublikasını Azərbaycanda yaşayan ravvinə sui-qəsd hazırlamaqda ittiham etməsi Bakıda bu rejimə bağlı medialar tərəfindən tirajlanır.
Washington Post-un məqaləsində iddia olunur ki, Azərbaycanda yaşayan ravvin Şenor Seqal-ın öldürülməsi üçün Tehran tərəfindən onun başına 200 min dollar qoyulub, lakin vaxtında sui-qəsd cəhdinin qarşısı alınıb.Sionistlərin yazdırdığı məqalədə deyilir: “İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri Gürcüstandan olan narkotik alverçisi Aqil Aslanovla görüşüb, ona ravvin Şenor Seqalın öldürülməsinə və Bakıdakı təhsil mərkəzinə hücuma görə 200 min dollar təklif olunub”.Bu saxta məlumatın martın 31-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan arasında telefon danışığından az sonra yayılması təsadüfi deyil. Telefon söhbəti zamanı Pezeşkiyan Azərbaycan Respublikasına qarşıdakı səfərinə toxunaraq iki qonşu xalq arasında münasibətlərin, eləcə də dostluq və qardaşlığın inkişafı və möhkəmləndirilməsinə yönəlmiş səmərəli məsləhətləşmələr apara biləcəyini ümid etmişdi.Xatırladaq ki, sionist İsrail rejimi Azərbaycan-İran yaxınlaşmasını əngəlləmək üçün bütün imkanlarından; o cümlədən Azərbaycanın kəşfiyyat strukturundakı xərçəngvari nüfuzundan faydalanır və ölkə rəhbərliyini İranla məsafə saxlamağa təşviq edərək, özünü strateji tərəfdaş kimi qələmə verir. Ona görə də işğalçı rejimin yəhudi ravvin barədə işləyib hazırladığı ssenarinin mahiyyəti əvvəlcədən bəllidir.Buara diqqət çəkən birinci məqam Sepah-ı şərləmək və İranın bu rəsmi qurumuna Azərbaycan Respublikasını da həssas etməkdir.İkinci məqam rəsmi Bakını Gürcüstanda yaşayan azərbaycanlı icmasına bədbin etmək və bu şiə icmasını gözdən salmaqdır.Üçüncü məqam ondan ibarətdir ki, sionist rejim yüksələn xəttlə inkişaf edən İran-Gürcüstan münasibətlərinə xələl gətirmək istəyir.Dördüncü məqam isə budur ki, qəsbkar rejim diqqətləri Qəzzədə törətdiyi dövlət terrorizmindən yayındırmaq və İranı terrorçu dövlət kimi qələmə vermək istəyir.İndi saxta məlumatın formalaşmasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin iştirakını nəzərə alsaq, bu qurumun sionist agentlərindən təmizlənməsi və ölkənin milli təhlükəsizliyinin əsaslı müdafiəsi bu gün hakimiyyət üçün təxirəsalınmaz məsələ olmalıdır. Zira istisna deyil ki, sionistlərin növbəti hədəfi İrandan sonra DTX vasitəsilə Türkiyəni vurmaq, ardınca isə Azərbaycanı vassal dövlətə çevirmək olacaqdır.