Apr 17, 2025 14:37 Asia/Baku
  • Korrupsiya təbii fəlakətin fəsadlarını ikiqat artırır

Aprelin 15-dən etibarən Azərbaycana yağan yağışlar nəticəsində Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müxtəlif istiqamətlərdə əraziləri su basıb. Sel suyunun yaratdığı fəsadlara görə hökumət təbqid olunur.

Daxil olan məlumata əsasən bir neçə saat davam edən yağış nəticəsində Bakıda bir sıra yollarda hərəkət çətinləşib. Bəzi yollarda isə suyun səviyyəsinin çox olması hətta sərnişin avtobuslarının salonuna daxil olub.

Hazırda Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.

Son illər Bakıya yağan güclü yağış, bir qayda olaraq, fəsadlar törədir. Hətta ötən il oktyabrın 21-22-si paytaxtda yağış bir sıra problemlərlə yanaşı, insan faciəsinə də yol açıb. Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə iki şəxs həyatını itirmişdi. Halbuki, ölkədə su və kanalizasiya problemlərinə milyardlarla vəsait xərcləndiyi deyilir.

Bəzi ekspertlər deyir ki, şəhərdə subasmaların əsas səbəbi adi kanalizasiya xətlərinin yağış kanalizasiya xətindən ayrı olmamasıdır. Üstəlik, onlar bu sahədə ciddi korrupsiya hallarına da yol verildiyini güman edirlər.