Apr 30, 2025 14:02 Asia/Baku
  • Könül Nurullayeva: Azərbaycan-İran münasibətləri regional təhlükəsizlik baxımından vacibdir

Azərbaycan Milli Məclisinin deputatı Könül Nurullayeva Report.az portalına açıqlamasında bildirib ki, Azərbaycan-İran münasibətləri regional təhlükəsizlik baxımından vacibdir.

Deputat qeyd edib ki, Bəndər-Abbasdakı Şəhid Rəcai limanında baş vermiş partlayışa rəğmən səfər təxirə salınmayıb və bu vacib məqamlardandır: "Bu, Tehranın Bakı ilə yüksək səviyyəli dialoqun ən tez vaxtda baş tutmasında maraqlı olduğunu göstərdi".

K.Nurullayeva 44 günlük müharibədən sonra 3+3 formatına İranın da cəlb olunmasının təsadüfi olmadığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, Astara-Astara, həmçinin Astara-Rəşt dəmir yolu layihələri İran və Azərbaycan arasında ticarət əlaqələrini gücləndirəcək

Nəqliyyat sahəsindəki əməkdaşlığa gəlincə deputat qeyd edib ki, "Qara dənizlə Fars körfəzini birləşdirən Araz dəhlizi həm də Azərbaycanın əsas hissəsini Naxçıvan ilə İran ərazisindən birləşdirən bir layihədir".