Şirin nəriltisi, yoxsa ...
"İsrailin gücü" Azərbaycanda lağ obyektinə çevrilib - AKTUAL
Azərbaycanlı jurnalist Asif Şəfəqqətov sionist İsrailin İrana qarşı uğursuz hərbi təcavüzü barədə qısa, lakin sərt ifadə işlədib. Onun bu ifadəsi geniş müzakirələrə səbəb olmuşdur.
Asif Şəfəqqətov İsrail rejiminin İran İslam Respublikası əleyhinə apardığı səs-küylü əməliyyatını belə xarakterizə edib: “Şirin nəriltisi əməliyyatı küçüyün zingiltisinə çevrilir”.
Jurnalistin bu fikri ilk baxışda qaniçən rejimin hərbi-siyasi hədəflərinə çatmaq imkanları ilə bağlı artan şübhələrin ifadəsi kimi qəbul edilir. Paylaşıma yazılan şərhlərin böyük hissəsi də bu mövqeyi dəstəkləyir. İstifadəçilər əməliyyatın əvvəlki iddialı ritorikasının praktik nəticələrlə uzlaşmadığını vurğulayırlar. Bəzi şərhlərdə dini və mənəvi motivlər də diqqət çəkir.
Bir sıra istifadəçilər hadisələri müsəlman dünyasının müqaviməti kontekstində qiymətləndirir və İsrailin güc tətbiqi siyasətinin reallıqda fiaskoya uğradığını qeyd edirlər.