Aydın Quliyev: İsrailin “erməni soyqırımı”nı tanıması ağır nəticələr doğura bilər
https://azeri.sahartv.ir/news/azərbaycan-i422992-aydın_quliyev_İsrailin_erməni_soyqırımı_nı_tanıması_ağır_nəticələr_doğura_bilər
Bakı Xəbər qəzetinin baş redaktoru Aydın Quliyev İsrail r*jiminin qondarma “erməni soyqırımı”nı tanımaq ehtimalına sərt reaksiya verərək, belə bir addımın Türkiyə və bütövlükdə türk dünyası ilə münasibətlərə ciddi zərbə vuracağını bildirib.
(last modified 2026-06-27T10:58:35+00:00 )
İyun 27, 2026 14:57 Asia/Baku
  • Aydın Quliyev: İsrailin “erməni soyqırımı”nı tanıması ağır nəticələr doğura bilər

Bakı Xəbər qəzetinin baş redaktoru Aydın Quliyev İsrail r*jiminin qondarma “erməni soyqırımı”nı tanımaq ehtimalına sərt reaksiya verərək, belə bir addımın Türkiyə və bütövlükdə türk dünyası ilə münasibətlərə ciddi zərbə vuracağını bildirib.

Aydın Quliyev si*nist r*jimin Xarici İşlər Nazirliyində bu məsələ ilə bağlı təşəbbüsün gündəmə gətirilməsi xəbərlərinə münasibət bildirərkən, İsrail rəsmilərini “məsuliyyətli davranmağa” çağırıb.

Xatırladaq ki, İsrail mediasının məlumatına görə, xarici işlər naziri Gideon Saar qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı təklifi Nazirlər Kabinetinin iclasına çıxarmağı planlaşdırır. Məlumatda bu addımın Türkiyə ilə münasibətlərdə artan gərginlik fonunda gündəmə gəldiyi bildirilir.

Türkiyə 1915-ci il hadisələrinin “soyqırımı” kimi qiymətləndirilməsini qəbul etmir və bu iddiaları rədd edir.