"Yeni Müsavat" Ümmətin Rəhbəri ilə vida mərasimini manşetə çıxardı
https://azeri.sahartv.ir/news/azərbaycan-i423026-yeni_müsavat_Ümmətin_rəhbəri_ilə_vida_mərasimini_manşetə_çıxardı
Azərbaycan Respublikasında fəaliyyət göstərən aparıcı media qurumları İranda keçirilən vida mərasimini geniş işıqlandırmaqda davam edir.
(last modified 2026-07-05T15:26:57+00:00 )
İyul 05, 2026 19:16 Asia/Baku

Azərbaycan Respublikasında fəaliyyət göstərən aparıcı media qurumları İranda keçirilən vida mərasimini geniş işıqlandırmaqda davam edir.

"Yeni Müsavat" qəzeti bu barədə Tehrandakı milyonların iştirak etdiyi mərasimlə bağlı geniş reportaj və videogörüntülər yayımlayıb. Nəşr paytaxt küçələrində milyonlarla insanın toplaşdığını və şəhərdə böyük izdiham yarandığını bildirib. Məlumata əsasən, İranın müxtəlif bölgələrindən gələn insanlar mərasimdə iştirak etmək üçün Tehrana axışırlar. Qeyd olunur ki, təhlükəsizliyin təmin edilməsi məqsədilə şəhərdə genişmiqyaslı tədbirlər görülüb, bəzi küçələr bağlanıb və dövlət qurumlarının fəaliyyəti qismən məhdudlaşdırılıb. "Yeni Müsavat" yazır ki, vida mərasimi son illərin ən böyük tədbirlərdən biri kimi qiymətləndirilir.