Şagirdlər etiraz aksiyası keçiriblər - AKTUAL
https://azeri.sahartv.ir/news/azərbaycan-i423438-Şagirdlər_etiraz_aksiyası_keçiriblər_aktual
Bakının Balaxanı qəsəbəsində yerləşən 69 nömrəli tam orta məktəbin şagirdləri hicablı sinif yoldaşlarının dərsə buraxılmamasına etiraz olaraq dərslərə girməkdən imtina ediblər. Şagirdlər hicablı qızların təhsil hüququnun təmin olunmasını tələb ediblər.
(last modified 2026-10-10T12:59:16+00:00 )
Okt 10, 2026 16:57 Asia/Baku
  • Şagirdlər etiraz aksiyası keçiriblər - AKTUAL

Bakının Balaxanı qəsəbəsində yerləşən 69 nömrəli tam orta məktəbin şagirdləri hicablı sinif yoldaşlarının dərsə buraxılmamasına etiraz olaraq dərslərə girməkdən imtina ediblər. Şagirdlər hicablı qızların təhsil hüququnun təmin olunmasını tələb ediblər.

Bu məlumata əsasən, Bakının Balaxanı qəsəbəsində yerləşən 69 nömrəli məktəbin şagirdləri bu səhər məktəbin qarşısında toplaşaraq etiraz ediblər.Şagirdlərin əllərindəki plakatlarda “Hicab təhsilə əngəl deyil!” şüarı yer alıb.Onlar hicab taxdıqlarına görə sinif yoldaşlarının təhsildən kənarda qalmamasını tələb ediblər.Məktəblərdə hicabla bağlı mübahisələr Nazirlər Kabinetinin sentyabrın 21-də məktəbli geyim qaydalarına dəyişiklik etməsindən sonra yenidən gündəmə gəlib.Qaydalarda məktəbli formasının vahidliyini pozan əlavə geyim elementlərinə məhdudiyyət nəzərdə tutulur. Sənəddə hicab ayrıca qeyd edilməsə də, bu qaydaların hicablı şagirdlərə də tətbiq edildiyi bildirilir.Bundan əvvəl valideynlər də hicablı qızların məktəbə buraxılmamasına etiraz ediblər. Son hadisə isə şagirdlərin özlərinin də etirazlara qoşulduğunu göstərir.Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Cəlilabad şəhər 7 nömrəli məktəbdə hicablı şagird dərsə buraxılmayıb.Bundan başqa, Bakının Ramana qəsəbəsində yerləşən 90 nömrəli məktəbdə hicablı müəllimin işdən çıxarıldığı barədə də məlumat yayılıb.