Azərbaycandakı hicab mübahisəsi beynəlxalq mediada rezonans doğurdu
https://azeri.sahartv.ir/news/azərbaycan-i423518-azərbaycandakı_hicab_mübahisəsi_beynəlxalq_mediada_rezonans_doğurdu
Əl-Cəzirə: Azərbaycanda hicab məhdudiyyətləri etirazlara səbəb olub
(last modified 2026-10-13T13:56:33+00:00 )
Okt 13, 2026 17:54 Asia/Baku
  • Azərbaycandakı hicab mübahisəsi beynəlxalq mediada rezonans doğurdu

Əl-Cəzirə: Azərbaycanda hicab məhdudiyyətləri etirazlara səbəb olub

Əl-Cəzirə telekanalı Azərbaycan Respublikasında məktəblərdə hicabla bağlı yeni qaydaların tətbiqi, şagird və müəllimlərin dərslərə buraxılmaması və etiraz aksiyaları barədə material yayımlayıb.Qətərin Əl-Cəzirə telekanalı oktyabrın 12-də Azərbaycanda məktəblərdə hicab məhdudiyyətləri barədə geniş material dərc edib.Telekanal yazır ki, yeni qaydalar hicabı birbaşa qadağan etməsə də, dünyəvilik prinsipinə uyğun olmayan geyimləri məhdudlaşdırır.Məlumata görə, bəzi məktəblərdə hicablı şagird və müəllimlərin dərslərə buraxılmaması etirazlara səbəb olub.Müəllim Zəhra Həsənova Əl-Cəzirəyə açıqlamasında hicabın şəxsi seçim olduğunu və bu qərardan incidiyini bildirib.Azərbaycan əhalisinin təxminən 96 faizinin müsəlman olduğu qeyd edilən materialda ölkə Konstitusiyasının dünyəviliyi və dini azadlığı təsbit etdiyi vurğulanıb.Telekanalın məlumatına görə, bəzi məktəblərdə şagirdlər məhdudiyyətlərə etiraz olaraq dərsləri boykot ediblər.Həbsdə olan jurnalist Polad Aslanov da yeni qaydalara etiraz olaraq aclıq aksiyasına başladığını açıqlayıb.Materialda Türkiyədə də etirazların keçirildiyi, hadisələrin 1997-ci ildə bu ölkədə hicablı qadınlara tətbiq edilən məhdudiyyətlərlə müqayisə olunduğu bildirilir.Əl-Cəzirə prezident İlham Əliyevin həyat tərzinə müdaxiləyə qarşı xəbərdarlığını da xatırladıb.