Bakıdan Türkiyə mediasına sərt çağırış:
Azərbaycana qarşı qərəzli kampaniyaya son qoyun!
Azərbaycan Mətbuat Şurası bəzi Türkiyə mediasında Azərbaycandakı hicab qadağası ilə bağlı məlumatların yayımlanmasından narahatlığını bildirib.
Şuranın yaydığı bəyanatda son günlər Azərbaycanla bağlı faktların təhrif edildiyi və ictimai rəyin manipulyasiyasına cəhd göstərildiyi vurğulanıb.Bildirilib ki, Azərbaycanda məktəbli forması ilə bağlı qərar kontekstdən çıxarılaraq təqdim edilir, ölkədə hicab qadağasının tətbiq olunduğu və İslam dəyərlərinin sıxışdırıldığı barədə əsassız iddialar yayılır.Şura dini azadlıqlar və təhsil siyasəti ilə bağlı məsələlərin süni şəkildə dini və ideoloji qarşıdurmaya çevrildiyini iddia edib.Mətbuat Şurası Türkiyə mediasını məlumatları dərc etməzdən əvvəl yoxlamağa, yanlış xəbərləri düzəltməyə və təhriflərə yol verməməyə çağırıb.Qeyd olunub ki, Azərbaycan dövlətinə və xalqına qarşı təhqiramiz və nifrət yaradan ritorikadan çəkinmək lazımdır.