Bakıdan Ankaraya yeni mesaj:
31 Türkiyə vətəndaşı arzuolunmaz şəxslər siyahısına salınıb
Azərbaycan Respublikası Türkiyənin 31 vətəndaşını ölkənin suverenliyinə və milli təhlükəsizliyinə qarşı yönəlmiş açıqlamalarına görə arzuolunmaz şəxslər elan edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Nazirliyin məlumatına görə, qərar müxtəlif sosial şəbəkə və internet platformalarında yayılan açıqlamalar nəzərə alınaraq qəbul edilib.Həmin açıqlamaların Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı yönəldiyi bildirilib.Bundan əlavə, hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar, radikalizm zəminində zorakılıq, nifrət və düşmənçiliyin qızışdırılması da qərarın əsasları sırasında göstərilib.Azərbaycan qanunvericiliyinə uyğun olaraq, siyahıya daxil edilən şəxslərin ölkə ərazisinə girişinə qadağa qoyulub.Qərar Azərbaycan-Türkiyə münasibətlərində məktəblərdə hicabla bağlı mübahisənin yaratdığı gərginlik fonunda verilib. Rəsmi Bakı Türkiyə hakimiyyətini birbaşa Azərbaycanın daxili işlərinə qarışmaqda ittiham edir.