Ərdoğan və Əliyev hicab məsələsini müzakirə etmədi
https://azeri.sahartv.ir/news/azərbaycan-i423902-Ərdoğan_və_Əliyev_hicab_məsələsini_müzakirə_etmədi
Ərdoğan və Əliyevin Şuşadakı görüşü Türkiyə-Azərbaycan münasibətlərindəki gərginliyi yumşaltsa da, hicabla bağlı fikir ayrılıqlarını aradan qaldırmayıb.
(last modified 2026-11-16T08:54:12+00:00 )
Noy 14, 2026 12:52 Asia/Baku
  • Ərdoğan və Əliyev hicab məsələsini müzakirə etmədi

Ərdoğan və Əliyevin Şuşadakı görüşü Türkiyə-Azərbaycan münasibətlərindəki gərginliyi yumşaltsa da, hicabla bağlı fikir ayrılıqlarını aradan qaldırmayıb.

JAMnews nəşri yazır ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada görüşüblər.Bu, məktəblərdə hicab məsələsi ətrafında yaranmış gərginlikdən sonra liderlərin ilk üzbəüz görüşü olub.Görüşdə hər iki prezident Türkiyə-Azərbaycan birliyinin sarsılmaz olduğunu bəyan edib. Lakin məktəbli qızların hicab taxması ilə bağlı mübahisə rəsmi çıxışlarda ümumiyyətlə müzakirə edilməyib.JAMnews qeyd edir ki, Bakı məktəbli forması qaydalarında hər hansı güzəştə getdiyinə dair siqnal verməyib. Əksinə, Ankara gərginlik fonunda Ərdoğanın baş müşaviri Oktay Saralı vəzifəsindən uzaqlaşdırıb.Nəşrin yazdığına görə, hicab məsələsi Azərbaycanda hələ də həllini tapmayıb və məktəbli geyim qaydalarının dəyişdirilməsi ilə bağlı qərar açıqlanmayıb.Vaşinqtondakı Yaxın Şərq İnstitutunun analitiki Gönül Tol hesab edir ki, hicab mübahisəsi iki ölkə arasında daha dərin fikir ayrılıqlarının yalnız bir əlamətidir.