Azərbaycan MN: Erməni silahlı bölmələri sutka ərzində atəşkəsi 72 dəfə pozub
May 27, 2015 06:29 Asia/Baku
-
Azərbaycan MN: Erməni silahlı bölmələri sutka ərzində atəşkəsi 72 dəfə pozub
Azərbaycan Müdafiə Nazirliyi erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 72 dəfə pozduğunu bildirib.
Beynəlxalq Səhər Kanalının Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqeləri Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndi və Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən atəşə tutulub.Bu məlumata görə, Goranboy rayonunun Gülüstan, Talış, Tərtər rayonunun Yarımca, Çiləbürt, Göyarx, Qızıloba, Ağdam rayonunun Şuraabad, Şıxlar, Yusifcanlı, Kəngərli, Qaraqaşlı, Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.
Teqlər