Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini 78 dəfə atəşə tutub
May 29, 2015 05:38 Asia/Baku
-
Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini 78 dəfə atəşə tutub
Azərbaycan Müdafiə Nazirliyi(MN): Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 78 dəfə pozub.
Beynəlxalq Səhər Kanalının Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Muncuqlu, Əlibəyli və Ağbulaq kəndləri habelə, Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşə tutulub.Bu məlumata görə, Goranboy rayonunun Talış, Tərtər rayonunun Çaylı, Çiləbürt, Göyarx, Ağdam rayonunun Şuraabad, Şıxlar, Yusifcanlı, Sarıcalı, Cəvahirli, Kəngərli, Qaraqaşlı, Mərzili, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.
Teqlər