Bakıda memarlıq üzrə fəlsəfə doktoru dələduzluq etdiyinə görə həbs olunub
May 30, 2015 20:33 Asia/Baku
Bakıda dələduzluqla məşğul olan qadın saxlanılıb.
Səhər beynəlxalq telekanalının APA-ya istinadlı məlumatına görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluqetmə) maddəsi ilə axtarışda olan 1968-ci il təvəllüdlü Sevinc Mahmudəli qızı Tanqudur yaşadığı Xətayi rayonu ərazisində tutulub.Qeyd edək ki, S. Tanqudur memarlıq üzrə fəlsəfə doktorudur.
Faktla bağlı araşdırma aparılır.