“Ermənistanla sərhəd açıslın, Qarabağ Türkiyənin məsələsi deyil”
İyun 09, 2015 15:11 Asia/Baku
-
Nazmi Gur
Türkiyədə keçirilən parlament sçkilərinin nəticələri açıqlandıqdan sonra 80 millət vəkili ilə Tütkiyə Böyük Millət Məclisində kürdləri təmsil edəcək Xalqların Demokratik Prtiyasının (HDP) ilk açıqlaması Türkiyənin Azərbaycanla bağlı siyasətlərində suallar yaratmağa başladı.
FaktXəbər-in məlumatına görə, partiyanın beynəlxalq əlaqələr üzrə sədr müavini Nazmi Gur seçkilərdən sonra verdiyi açıqlamada öz xarici siyasətlərini açıqlayıb. O bildirib ki, təmsil etdiyi firqə qondarma erməni soyqırımının tanınması məsələsini dəstəkləyir.Onun Türkiyə-Ermənistan münasibətləri barədə fikirləri də kifayət qədər maraq doğurub Belə ki, o, Ermənistanla münasibətlərin normallaşması haqqında protokolların icraya yönəldilməsini və illərdir bağlı qalan sərhədlərin açılmasının tərəfdarı olduqlarını deyib: "Ermənistanla münasibətlər Qarabağ probelminin həllindən asılı olmamalıdır. Bu məsələ erməni və Azərbaycan xalqlarının məsələsidir və danışıqlar yolu ilə həll edilməlidir.”
Teqlər