İyun 10, 2015 19:18 Asia/Baku
  • ANS aparıcını qovdu
    ANS aparıcını qovdu

Azərbaycanda dindarların etirazından sonra ANS kanalı üzr istəməyə məcbur oldu və Azərbaycanın hicablı qadınlarını təhqir edən aparıcısını kənarlaşdırdı.

ANS efirində yayımlanan “İncə maraqlar” verilişinin aparıcısı Elnarə Təhməzovanın çadralı xanımları təhqir etməsi və Azərbaycan Respublikası cəmiyyətində birmənalı qarşılanmayan fikirlər ətrafında qalmaqal davam etməkdədir.

Məsələ ilə bağlı ANS-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Məmmədov aznews.az-a deyib ki, aparıcı konkret kimisə təhqir etməyib: “Çox adam çox şey yaza bilər. Xoşlarına gəlmir baxmasınlar. Hamı indi tələb edir. Gözümüz aydın, nə qədər kanal var, başqasına baxsınlar. O aparıcı konkret kimisə təhqir etməyib”.
ANS kanalının rəsmisinin bu sözləri cəmiyətin daha artıq qəzəbinə səbəb oldu və çox çəkmədi ki, ANS üzr istəməyə məcbur oldu.

ANS müraciət yayaraq bildirib ki, aparıcı Elnarə Təhməzovanı efirdən kənarlaşdırıb və onun müəllifi olduğu "İncə Maraqlar" və “İncə+” verilişlərinin yayımının dayandırılması barədə qərar verib.
ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev deyir: “Fakt artıq ortadadır, tamaşaçı hissiyyatına toxunulub və ANS rəhbərliyi kimi Biz tamaşaçılardan üzr istəyirik”.
Qeyd edək ki, “İncə maraqlar” verilişinin aparıcısı Elnarə Təhməzova çadra örtən xanımları “bayquş”a bənzədib.

Teqlər