İyun 18, 2015 13:51 Asia/Baku
  • M. Səmədovun karsa salınması tənqid edilir
    M. Səmədovun karsa salınması tənqid edilir

Azərbaycan ekspertləri AİP sədri Möhsün Səmədovun karsa salınmasını tənqid ediblər.

Cenubnews.com-un məlumatına görə, Azərbaycan Respublikası Ziyalılar Cəmiyyətinin sədri Eldəniz Quliyev deyib: "Doktor Səmədovun dedikləri həqiqətdir. Mən cəmiyyətdə Doktor Səmədov kimi şücaətli və nüfuzlu şəxs tanımıram. Şübhə yoxdur ki, onun karsa salınması yerli dövlət tərəfindən Bakıda 2015-ci il Avropa oyunlarının keçirilməsi üzrə önləyici hərəkət kimi əsaslandırılır."
İlahiyyatçı Zülfüqar Mikayılzadə də islamçılara qarşı təzyiqlərin şiddətləndirilməsini İslam dininə və Azərbaycan Respublikası müsəlmanlarına qarşı hörmətsizlik adlandıraraq, deyib ki, Azərbaycan Respublikası dövləti Amerika və Avropa ölkələri ilə dostluq planı cızsa da Bakıda 2015-ci il Avropa oyunlarının keçirilməsi zamanı özünün əsl simasını göstərdi.
Azərbaycan Respublikası İslam Partiyası sədrinin koordinasiya üzrə müavini Vüqar İbayev də deyib: Biz Möhsün Səmədovun azad edilməsini tələb etməkdə davam edirik. Neçənci dəfədir ki, Azərbaycan Respublikası İslam Partiyasının məhbus sədri onunla bir yerdə zindanda saxlanılanların azadlığını tələb etdiyi üçün karsa köçürülür.
Qeyd edək ki, doktor Möhsün Səmədov Azərbaycan Respublikası məktəblərində məktəbli qızların hicabının qadağan olunmasını tənqid etdiyinə görə, 2011-ci ildən öz müavini Hacı Vaqif Abdullayevlə birgə həbs olundu, sonra da dövlət çevrilişi ittihamı ilə on ik il həbsə məhkum edildi.
Hacı Vaqif Abdullayev həbsindən bir il sonra ağır zindan şəraitinə görə, həyatını itirdi.

Teqlər