Dağıstanlı terrorçular Azərbaycan üzərindən Suriyaya gedir
https://azeri.sahartv.ir/news/azərbaycan-i195062-dağıstanlı_terrorçular_azərbaycan_üzərindən_suriyaya_gedir
Dağıstanın hüquq-mühafizə orqanları “əl-Qaidə” və İŞİD terrorçularına qoşulmaq üçün Suriyaya gedən ən azı 20 yerli sakini beynəlxalq axtarışa verib. Bu haqda “İnterfaks” yazıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 21, 2015 05:18 Asia/Baku
  • Dağıstanlı terrorçular Azərbaycan üzərindən Suriyaya gedir
    Dağıstanlı terrorçular Azərbaycan üzərindən Suriyaya gedir

Dağıstanın hüquq-mühafizə orqanları “əl-Qaidə” və İŞİD terrorçularına qoşulmaq üçün Suriyaya gedən ən azı 20 yerli sakini beynəlxalq axtarışa verib. Bu haqda “İnterfaks” yazıb.

“İlin əvvəlindən ən azı 20 Dağıstan sakini qiyabi olaraq ittiham olunub, həbs edilib və ya İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. Onlar Suriyadakı terrorçuların yanına gediblər. Çoxsaylı cinayət işləri sübut edir ki, “cihadçılar” Suriyaya Türkiyə ərazisindən keçirlər. Bəziləri Azərbaycana gedir, oradan Suriyaya yollanır. Terrorçuların Misirdə də təlim düşərgəsi var. Orada onları hazırlayırlar, ərəb dilli öyrədirlər, sonra Suriyaya göndərirlər”, - deyə mənbə danışıb.

Dağıstandan İŞİD-ə qoşulmaq üçün gedənlər həm kiçik dağ kəndlərinin, həm də iri şəhərlərin sakinləridir. Onlar əsasən 30 yaşlarında gənclərdir. “Deməli, onların qayıtmaq fikri var və qayıdanda məsuliyyətə cəlb olunacaqlar”-deyə mənbə qeyd edib.