İyun 25, 2015 14:14 Asia/Baku
  • MTRŞ: Telekanallar vətənpərvər deyillər
    MTRŞ: Telekanallar vətənpərvər deyillər

Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası deyir ki, Azərbaycanın tele-məkanı hərbi-vətənpərvərliklə bağlı proqram siyasəti qane-edici deyil.

APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri bildirib: "2014-cü ilin son və 2015-ci ilin ilk rübündə aparılmış monitorinqlərin nəticələri açıqlandıqdan sonra bəzi telekanallar öz efirlərində hərbi-vətənpərvərliklə bağlı mövzuya korrektə etdilər. Lakin, biz bundan daha yüksək nəticələr gözləyirik."
Təvəkkül Dadaşov qeyd edib: "Bu gün Azərbaycan efirində şou verilişlər baş alıb gedir. Həmin şou verilişlərin yerinə daha çox hərbi-vətənpərvərlik proqramları yayımlanmalıdır. Müəyyən irəliləyişə baxmayaraq, təbii ki, hazırki vəziyyət bizi qane etmir-”. Azərbaycanın Milli Televiziya və Radio Şurası rəsmisi belə deyib.

Teqlər