Prezident İlham Əliyev: “Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır ”
İyun 25, 2015 15:09 Asia/Baku
-
Prezident İlham Əliyev
Azərbaycan Respublikası prezidenti İlham Əliyev deyib: “Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır ”.
APA-nın məlumatına görə, Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edən Azərbaycan prezidenti, bildirib: “Dövlət büdcəsindən müdafiə sahəsinə ayrılan xərclər getdikcə artır, hazırda Azərbaycanın hərbi xərcləri 3 milyard dollardan artıqdır və bu da Ermənistanın dövlət büdcəsindən iki dəfə çoxdur”.Əliyev sözlərini belə davam etdirib: “Bu gün maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu gün əldə etdiyimiz silah və texnika bizə imkan verir ki, istənilən vəzifəni şərəflə yerinə yetirək.”
Teqlər