Azərbaycan Respublikası əhalisinin sayı açıqlanıb
İyul 09, 2015 18:41 Asia/Baku
Azərbaycan Respublikası əhalisinin sayı ilin əvvəlindən 43,3 nəfər və ya 0,5% artaraq, bu il iyun ayının 1-i vəziyyətinə 9 mln. 636,3 min nəfərə çatıb.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən FaktXəbər-ə verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfərdir. Əhalinin ümumi sayının 53,1%-ni şəhər, 46,9%-ni isə kənd sakinləri təşkil edir, 49,8%-i kişilərdən, 50,2%-i qadınlardan ibarətdir. Əhalinin 22,4%-i 0-14 yaşda, 71,6%-i 15-64 yaşda, 6,0%-i isə 65 və yuxarı yaşda olanlardır.Bu ilin yanvar-may ayları ərzində rəsmi orqanlar tərəfindən 32,6 min nikah və 5,3 min boşanma halları qeydə alınıb.