Azərbaycan Respublikası Ordusunun əsgəri şəhid olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i196506-azərbaycan_respublikası_ordusunun_əsgəri_şəhid_olub
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Naxçıvandakı “N” saylı hərbi hissəsində xidmət edən əsgər Tural Nizami oğlu Nuriyev şəhid olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 05, 2015 13:50 Asia/Baku
  • Azərbaycan Respublikası Ordusunun əsgəri şəhid olub
    Azərbaycan Respublikası Ordusunun əsgəri şəhid olub

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Naxçıvandakı “N” saylı hərbi hissəsində xidmət edən əsgər Tural Nizami oğlu Nuriyev şəhid olub.

Bu barədə şəhid əsgərin qohumları məlumat veriblər. Bildiriblər ki, Tural Nuriyev əsgəri borcunu yerinə yetirərkən düşmənin açdığı atəş nəticəsində şəhidlik zirvəsinə yüksəlib.

Hadisə iyulun 31-sə baş verib. Şəhidin dəfni isə dünən gerçəkləşib. Doğulduğu Cəlilabad rayonunda torpağa tapşırılan şəhidin dəfn mərasimində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli zabitləri, Cəlilabad rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak ediblər.

Qeyd edək ki, şəhid Tural Nuriyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Naxçıvandakı “N” saylı hərbi hissəsində 7 ay idi ki, xidmət edirdi.