Azərbaycan Ermənistanı tənqid etdi
Avq 11, 2015 06:20 Asia/Baku
-
Hikmət Hacıyev
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü müharibə əsirləri ilə bağlı məlumatları gizlətməsinə görə Ermənistanı tənqid etdi.
Azər Nyus bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinni sözçüsü Hikmət Hacıyev bazar ertəsi günü deyib: Ermənistan rəsmilərinin bu ölkədə müharibə əsiri olan heç bir Azərbaycan vətəndaşının olmaması ilə bağlı iddialarını ağ yalan adlandırıb.Bu məlumata görə, təqribən 4 min Azərbaycan vətəndaşı Qarabağ müharibəsi zamanı itkin düşüb.
H.Hacıyev deyib: Müharibə əsirləri və itkin düşənlərlə bağlı Azərbaycanın Ermənistan ilə əməkdaşlığı məsələsi 2014-cü ildə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəzarəti altında qaldırıldı.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra ATƏT-in Minsk qrupundan Ermnistanda olan Azərbaycanlı müharibə əsirlərinin işinin qaldırılmasının istəniləcəyini bildirib.
1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsi imzalanıb. O zamandan bəri Minsk qrupu Rusiya, Amerika və Fransanın həmsədrliyi ilə Qarabağ münaqişəsinin nizamlanması istiqamətində vasitəçilik edir.
Minsk qrupunun Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilik missiyası indiyə kimi heç bir müsbət nəticəyə malik olmayıb.
Teqlər