Avq 13, 2015 15:10 Asia/Baku
  • İşid azərbaycanlı jurnalisti hədələdi
    İşid azərbaycanlı jurnalisti hədələdi

Azərbaycanda "Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər ölümlə hədələndiyi barədə məlumat yayıb.

O bildirib ki, ölümlə hədələnməsinə səbəb Azərbaycanda vəhhabilərin lideri olan Əlixan Musayev barədə yazdığı məqalədir.
Jurnalistin həmin məqaləsində deyilir: Azərbaycanda hər keçən gün İŞİD və radikalizm təhlükəsi böyüməkdədir. Bir sıra məmurlar israrla bu faktı inkar etməyə çalışsalar da, açıqlanan rəsmi rəqəmlər belə bu təhlükədən xəbər verir.

"Yeni Çağ” qəzetinin baş redaktoru yazısını belə davam etdirib: Bu günə qədər Suriyadan yüzlərlə ölüm xəbərinin gəlməsi və təkcə Türkiyə üzərindən 15-20 min azərbaycanlının həmin bölgəyə getməsi “Azərbaycanda İŞİD-in və digər radikalların sosial bazası yoxdur” bəyanatını təkzib etməkdədir.

Teqlər