Azərbaycan vətəndaşı Moskva aeroportunda bir milyon ilə saxlanıldı
https://azeri.sahartv.ir/news/azərbaycan-i196742-azərbaycan_vətəndaşı_moskva_aeroportunda_bir_milyon_ilə_saxlanıldı
Moskvanın Şeremetyevo gömrük xidmətinin əməkdaşı Gömrük İttifaqı sərhəddini 1 milyon 701 min 300 dollar ilə keçmək istəyən Azərbaycan Respublikası vətəndaşını saxlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 15, 2015 04:19 Asia/Baku
  • Azərbaycan vətəndaşı Moskva aeroportunda bir milyon ilə saxlanıldı
    Azərbaycan vətəndaşı Moskva aeroportunda bir milyon ilə saxlanıldı

Moskvanın Şeremetyevo gömrük xidmətinin əməkdaşı Gömrük İttifaqı sərhəddini 1 milyon 701 min 300 dollar ilə keçmək istəyən Azərbaycan Respublikası vətəndaşını saxlayıb.

Bu barədə “Rosbalt” bildirib.
Rusiya Federasiyası Federal gömrük xidmətinin mətbuat xidmətindən bildiriblər ki, “qırmızı dəhlizdə” müfəttiş Dubaydan gələn sərnişini saxlayıb.
Sərnişin müfəttişə 1 milyon, min üç yüz dollar üçün gömrük dekalarasiyası təqdim edib. Deklarasiya edilməmiş pulların məbləği 700 min dollardan ibarət olub, bu isə gömrük qanunvericiliyi ilə icazə verilmiş nağd pul vəsaitindən beş dəfə artıqdır.
Vətəndaşa qarşı RF Cinayət Məcəlləsinin m. 200.1, b.2 “a” (“Nağd pul vəsaitinin və ya pul alətlərinin qaçaqmalçılığı”) üzrə cinayət işinin qaldırılması məsələsi həll edilir.