Nardaran qəsəbəsində divar yazıları: "Yaşasın Nəsrullah!"
Avq 18, 2015 14:55 Asia/Baku
-
Nardaran qəsəbəsində divar yazıları: "Yaşasın Nəsrullah!"
Bakının ətrafında yerləşən Nardaran qəsəbəsində divarların üzərinə Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahı himayə məqsədli şüarlar yazılıb.
İRİB-nin Bakıdan verdiyi məlumata görə, Nardaranda divarların üzərinə "Yaşasın Seyid Həsən Nəsrullah" şüarının yazılması Azərbaycan dindarları tərəfindən razılıqla qarşılanıb.Facebook sosial şəbəkəsində bir nəfər tərəfindən Nardaranda divara yazılmış şüarla bağlı paylaşılan fotoşəkil çox qısa zaman ərzində diqqətlləri özünə cəlb edib.
Bu fotoşəkil ilə bağlı qeydlərdə deyilir: Azərbaycanda mövcud şəraiti nəzərə alaraq, Nardaran əhalisinin İsrail rejiminə qarşı öz nifrətini bəyan edən hərəkətləri alqışa layiqdir.
Bakının ətrafında yerləşən Nardaran qəsəbəsi öz anti-sionist və anti-ABŞ mövqeyi ilə tanınır. Hər il ümumdünya qüds günündə Nardaran əhalisi böyük tədbirlər keçirərək, İsrailə ölüm şüarını verir.
Teqlər